AZ

Ancelina Coli görüntüləri ilə hər kəsi sarsıtdı

Dünya şöhrətli aktrisa Ancelina Coli Çində keçirilən “Tom Ford” tədbirində iştirak edib.

KONKRET.az bildirir ki, Ancelina Coli Şanxayda çıxışı üçün dəbli bir geyim seçib.

50 yaşlı “Oskar” mükafatçısı ağ ipək “Tom Ford” 2026-cı ilin yaz/yay kolleksiyasından xalat-paltarını geyinib. Brend səfiri olduğu üçün 62 dollarlıq “Tom Ford Runway” Dodaq Boyası ilə rəng qatıb. Moda ziyafəti üçün seçdiyi görünüş göz laynerindən, parlaq qırmızı dodaqıardan ibarət olub. Qaşlarını vurğulayan Coli parlaq sarı saçlarını açıq qoyub.

Coli müsahibəsində: “Burada olduğum üçün çox minnətdaram. Kaş ki, daha çox vaxtım olsaydı, nə vaxtsa geri qayıtmağı səbirsizliklə gözləyirəm”-deyə bildirib.

Xüsusilə, Coli Tom Fordun kreativ direktoru Hayder Akermann ilə poza verib.

Çəkilişlərdə Coli davranışı ilə pərəstişkarlarını təəccübləndirib.

Sosial media istifadəçiləri aktrisanın adi haldan bir az fərqli göründüyünü müşahidə ediblər:

“Gözlərində nəsə problem var, deyəsən dərman qəbul edir”, “Tezliklə çəki almalıdır”, “Aydındır ki, yaxşı deyil”, “Bir az qəribədir”-deyə pərəstişkarlar şərh bildiriblər.\\sfera.az

Gallery

Seçilən
39
1
konkret.az

2Mənbələr