AZ

Xorvatiya Vuçiçi qəbul etməkdən imtina etdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Serbiya Prezidenti Aleksandr Vuçiçin ölkəyə səfərinin mümkünsüzlüyünü əsas gətirərək, bu ilin may ayında keçirilməsi planlaşdırılan Brdo-Brioni prosesinin regional sammitini ləğv etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xorvatiya Prezidentinin ofisi məlumat yayıb.

"Serbiya Prezidenti Aleksandr Vuçiçin son günlərdə və həftələrdə şahidi olduğumuz siyasi bəyanatları və hərəkətləri Brdo-Brioni prosesinin məqsədlərinə tamamilə ziddir, dövlətlərarası münasibətləri sarsıdır və Cənub-Şərqi Avropada sülh və sabitliyi təhdid edir. Xorvatiya Prezidenti Zoran Milanoviç hesab edir ki, bu şəraitdə zəruri ilkin şərtlər yoxdur və Serbiya Prezidenti Aleksandr Vuçiçin Xorvatiya Respublikasına səfəri mümkün deyil", - deyə açıqlamada bildirilir.

Seçilən
14
ucnoqta.az

1Mənbələr