AZ

Münhen klubunu tərk edəcək

style='margin-bottom:10px;'>

"Bavariya"nın müdafiəçisi Rafael Gerreyru mövsümün sonunda Münhen klubunu tərk edəcək.

QOL.az xəbər verir ki, 2025/2026 mövsümü başa çatdıqdan sonra portuqaliyalı futbolçu azad agent statusu ilə komandadan ayrılacaq. Futbolçu və klub rəhbərliyi müqavilənin müddətinin uzadılmaması barədə qarşılıqlı razılığa gəliblər. 

Qeyd edək ki, Rafael Gerreyru 2023-cü ilin yayında Dortmund "Borussiya"sından transfer olunduqdan sonra "Bavariya"nın şərəfini qoruyur. Münhen klubunun heyətində 89 matça çıxan futbolçu bu oyunlarda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr