AZ

Marko Rubio: “Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar“

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İran rəhbərliyi parçalanıb və ölkədə hakimiyyətin yüksək eşalonlarında bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar".

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio "ABC News" telekanalının efirində bildirib.

"Aydındır ki, bizimlə elə şəkildə danışan insanlar var ki, daha əvvəl İranı idarə edənlər o cür danışmırdılar", - deyə diplomat qeyd edib.

M.Rubio ABŞ-nin İranda məhz kiminlə təmasda olduğunu açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu məlumatın açıqlanması həmin şəxslərin ölkə daxilində digər qruplarla münasibətlərinə mənfi təsir göstərə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
moderator.az

3Mənbələr