AZ

"Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar" -Marko Rubio

"İran rəhbərliyi parçalanıb və ölkədə hakimiyyətin yüksək eşalonlarında bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar".

Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio "ABC News" telekanalının efirində bildirib.

"Aydındır ki, bizimlə elə şəkildə danışan insanlar var ki, daha əvvəl İranı idarə edənlər o cür danışmırdılar", - deyə diplomat qeyd edib.

M.Rubio ABŞ-nin İranda məhz kiminlə təmasda olduğunu açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu məlumatın açıqlanması həmin şəxslərin ölkə daxilində digər qruplarla münasibətlərinə mənfi təsir göstərə bilər.

Seçilən
16
2
redaktor.az

3Mənbələr