AZ

Azərbaycan Nyu York Milli BMT Modeli Konfransında təmsil olunub FOTO

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kaliforniya Dövlət Universitetinin bir qrup tələbəsi dünyanın ən qədim və böyük universitetlərarası BMT Modeli konfransı olan illik Nyu-York Milli BMT Modeli Konfransında Azərbaycanı təmsil edib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat yayılıb.

Bildirilib ki, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində həmin tələbələr üçün diplomatik brifinq keçirilib:

"Tələbələrə mükəmməl araşdırma və hazırlıqlarına görə minnətdarıq və onların Azərbaycanı təmsil etmə tərzindən qürur duyuruq", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
4
moderator.az

5Mənbələr