AZ

Sumqayıtda minik avtomobili yanıb

Sumqayıtda minik avtomobilində yanğın baş verib

Sumqayıt şəhərində minik avtomobilinin yanması ilə nəticələnən hadisə qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsi ərazisində baş verib. Məlumata görə, 1964-cü il təvəllüdlü şəhər sakini Qənbərov Aydın Astan oğluna məxsus “Opel” markalı minik avtomobili naməlum səbəbdən qəfil alışaraq yanmağa başlayıb.

Əraziyə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Aygün

Seçilən
47
nocomment.az

1Mənbələr