AZ

“Rasim Balayev ömrünün sonuna qədər sübut edə bilmədi ki...” VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

“Azərbaycan kino sənəti böyük bir sənətkarını itirdi. Elə bir sənətkar ki, öz adı ilə doğulsa da, hamı onu Beyrək, Babək, Nəsimi kimi tanıyırdı”.

Bakupost.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Rasim Balayevin vəfatı ilə bağlı danışarkən deyib.

“Hətta onun hərəkətlərinə və ya hansısa bir sözünə cəmiyyətin reaksiyası fərqli olanda belə demirdilər ki, sən Rasim Balayevsən. Deyirdilər, axı sən Babəksən, axı sən Beyrəksən, niyə belə danışırsan, niyə bu cür mövqe sərgiləyirsən?

Və ömrünün sonuna qədər Rasim Balayev sübut edə bilmədi ki, o, Rasim Balayevdir. Cəmiyyət onu Babək, Nəsimi, Beyrək kimitanıdır. Bu isə bir sənətkar üçün çox böyük xoşbəxtlikdir.

O, yaratdığı obrazlarla insanların qəlbində yer tutmuş, özünün orda heykəlini ucaltmışdı. Güman etmirəm ki, Azərbaycanın kino tarixində hələ uzun illər belə bir sənətkar yetişsin.

Mən Rasim Balayevi çox sevirdim. Allah rəhmət eləsin, ruhu şad olsun”.

Lalə, BakuPost

" target="_blank">

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
www.bakupost.az

3Mənbələr