AZ

Ölüm anında təzyiq necəolur - Yüksək, yoxsa aşağı?


Ölümə səbəb olan infarkt, insult zamanı təzyiq yüksək olsa da, ölüm anındatəzyiq insanları çaşdıra bilər.

Medicina.az xəbər verir ki, Əksər hallarda əvvəl qalxır, sonra kəskin düşür.

İlk mərhələ (stress reaksiyası)
Ölümə səbəb olan vəziyyət (infarkt, travma, qorxu və s.) zamanı bədəndə:
adrenalin və noradrenalin artır,
ürək daha sürətli döyünür
damarlar daralır.

Bu mərhələdə: arterial təzyiq qısa müddətlik yüksələ bilər.

Son mərhələ (orqan çatışmazlığı)

Bədən artıq kompensasiya edə bilməyəndə:
ürək zəifləyir
qan dövranı pozulur
beyin və digər orqanlar oksigensiz qalır.

Bu mərhələdə:təzyiq sürətləaşağı düşür, həkimlər buna hipotoniya deyir.

Klinik ölümə yaxın
təzyiq ölçülməyəcək qədər düşür
nəbz itir
qan dövranı dayanırvə rəqəmlər sıfır göstərir.

Aygün M


Seçilən
58
3
medicina.az

4Mənbələr