Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 634,6 ton çay istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
Martın 1-nə ölkədə 73 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 39,6 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.