AZ

Qalatasaray İtaliyada çıxış edən türk futbolçu üçün milyonlar xərcləyəcək FOTO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın "Roma" klubunun və Türkiyə yığmasının futbolçusu Zeki Çelikin yenidən ölkəsinə qayıdaraq karyerasını "Qalatasaray"da davam etdirməsi gündəmdədir.

Oxu.Az xəbər verir ki, Türkiyə Superliqasının nəhəngi 29 yaşlı müdafiəçini rənglərinə qatmaq üçün artıq rəsmi addımlar atmağa başlayıb.

Mövsümün sonunda A Seriyası təmsilçisi ilə vidalaşacağı gözlənilən 29 yaşlı sağ cinah müdafiəçisinə "sarı-qırmızılılar"ın cəlbedici təklif hazırladığı bildirilir. Belə ki, İstanbul klubu futbolçuya illik 4 milyon avro məvacib nəzərdə tutan müqavilə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, təcrübəli oyunçu Zeki Çelik 2022-ci ildən etibarən "Roma"nın şərəfini qoruyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
oxu.az

2Mənbələr