AZ

Millimiz heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.

Milli.Az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib.

Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.

Milli.Az

Seçilən
0
15
milli.az

10Mənbələr