AZ

"Barselona" "Siti"nin ulduzunun transferində tərəddüd edir: Səbəb nədir?

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Bernardo Silva "Barselona"ya keçiddə maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçunun agenti Jorge Mendes Kataloniya klubunun rəhbərliyini portuqaliyalının transferini nəzərdən keçirməyə razı salmağa çalışır. Qeyd olunur ki, oyunçu artıq bu yay azad agent statusu ala bilər.

Bununla belə, "Barsa" bu məsələyə ehtiyatla yanaşır. Səbəb isə maliyyə məhdudiyyətləri və liqa qaydalarına görə futbolçunun qeydiyyatı ilə bağlı mümkün problemlərdir.

Hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq Bernardo Silva klubunu sərbəst şəkildə dəyişə bilər.

Seçilən
49
publika.az

1Mənbələr