AZ

Polşa Ukrayna ilə sərhədin mühafizəsinə 120 milyon dollar xərcləyəcək

BAKI, 30 mart. TELEQRAF

Polşa hakimiyyəti qeyri-qanuni keçidlərin qarşısını almaq məqsədilə Ukrayna ilə həmsərhəd bölgələrin mühafizəsini gücləndirir.

Teleqraf xəbər verir ki, bu barədə "RMF FM" məlumat yayıb.

Məlumata görə, bu məqsədlə təxminən 120 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.

Layihə çərçivəsində ərazidə seysmik aktivliyi qeydə alan yeraltı kabellər və termal kameralardan ibarət müasir monitorinq sistemi quraşdırılacaq. Rəsmi Varşava tikintini Avropa Sülh Fondu hesabına maliyyələşdirmək istəsə də, prezidentin vetosu səbəbindən hazırda alternativ mənbələr axtarılır.

Maliyyə çatışmazlığı yaranacağı təqdirdə layihənin təxirə salınma ehtimalı olsa da, artıq podratçıların seçilməsinə başlanılıb.

Qeyd edək ki, Polşa oxşar müdafiə qurğularını daha əvvəl Belarusla sərhəddə də inşa edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr