AZ

Avropa Komissiyası Ukrayna üçün 1,5 milyard avroluq hərbi investisiya proqramını TƏSDİQLƏDİ

Avropa Komissiyası Ukraynanın silah təchizatı və hərbi-sənaye kompleksinin inkişafı üçün 1,5 milyard avroluq hərbi investisiya proqramını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Bəyanatda deyilir: "Avropa Komissiyası Avropa Müdafiə Sənayesi Proqramı çərçivəsində Avropa və Ukrayna müdafiə sənayesinin inkişafı və modernləşdirilməsi üçün 1,5 milyard avroluq iş proqramını təsdiqləyib".

Bu məbləğdən 700 milyon avro Ukraynaya dronların, raket əleyhinə sistemlərin və sursatın alınmasını dəstəkləmək üçün, 260 milyon avro isə Ukrayna hərbi sənayesinin inkişafı və modernləşdirilməsinə ayrılacaq. Proqramın 31 martda başlaması planlaşdırılır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
66
redaktor.az

1Mənbələr