AZ

ABŞ Rusiya tankerinin Kubaya daxil olmasına icazə verib

Rusiya neftinin Kubaya daşınması adanı bir neçə həftə yanacaqla təmin edə bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Rusiyaya məxsus tankerin Matanzas limanına daxil olmasına icazə verəcək.

“Nyi-York Tayms” qəzetinin məlumatına görə, gəmi təxminən 730.000 barel neft daşıyır. Tankerin çərşənbə axşamı gününə qədər Matanzasa çatacağı gözlənilir.

Bazar günü ABŞ prezidenti Donald Tramp Rusiya neftinin Kubaya daşınmasında heç bir problem görmədiyini bildirib.

"Əgər hər hansı bir ölkə indi Kubaya neft daşımaq istəyirsə, mənim bununla heç bir problemim yoxdur - istər Rusiya, istərsə də başqa birisi", - deyə o bildirib.

Xatırladaq ki, Venesueladan Kubaya neft daşınması ABŞ-nin Nikolas Maduronu həbs etməsindən sonra dayandırılıb. Bundan sonra Donald Tramp adaya enerji tədarük edən ölkələrə tarif tətbiq etmək niyyətindən danışıb.

Mart ayında Kubada yanacaq çatışmazlığı iki dəfə elektrik kəsintisinə səbəb olub.

Musavat.com

 

Seçilən
22
musavat.com

1Mənbələr