AZ

NH90 helikopteri 500 min uçuş saatını geridə qoyub

“Airbus” şirkətinin istehsalı olan NH90 çoxməqsədli helikopteri 500 min uçuş saatını geridə qoyub.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, NH90 helikopterləri dünyanın ən çətin dəniz və quru əməliyyatlarında etibarlılığını sübut edərək, bu mərhələyə çatıb.

“Airbus”un “Airbus Helicopters” bölməsi tərəfindən isterhsal edilən NH90, müxtəlif missiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş çoxməqsədli helikopterdir. O, taktiki nəqliyyat (TTH) və NATO freqat helikopteri (NFH) olmaqla iki əsas versiyada hazırlanıb. Helikopter quru və dəniz əməliyyatlarında, gecə-gündüz, ən mürəkkəb şəraitdə çoxməqsədli tapşırıqların yüksək effektivliklə icrasını təmin edən tam inteqrasiya olunmuş müasir missiya sistemi ilə təchiz edilib.

Qeyd edək ki, “Airbus Helicopters” tərəfindən 2023-cü ilin sonuna qədər 14 ölkədə 18 müştəriyə 500-dən çox NH90 helikopteri təhvil verilib.

Seçilən
16
poliqon.az

1Mənbələr