AZ

Azərbaycan pambıq ixracını artırdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,962 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.Hesabat dövründə Azərbaycan həmçinin 41,07 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 44,5% çoxdur.Pambıq üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,08 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 1,12 %-ni təşkil edib.Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə37,2 % azalıb.

Seçilən
11
7
metbuat.az

10Mənbələr