AZ

Məşhur avtomobil qrupu dizelə qayıdır

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ildə bir çoxları düşünürdü ki, dizel artıq yaxın bir neçə ilə tarixə qovuşacaq. Amma olmadı

Avtosfer.az xəbər verir ki, ötən ilin əvvəlində “Stellantis” qrupu bir neçə modelində ağır yanacaqla işləyən mühərriklərdən imtina etmişdi.Lakin 2025-ci ilin nəticələri məlum olduqdan sonra qrup fikrini dəyişib. Milyonlarla ölçülən zərərdən sonra qrup elektromobil istehsalının minimuma endirməyi planlaşdırıb.

Bunun tam əksinə, dizel mühərrikli avtomobil sayı artacaq. 

Artıq avropalı alıcıların da dizel mühərrikli maşına tələbatı artıb. “Stellantis” tələbatı nəzərə alaraq istehsalı artırmaq niyyətindədir.

Bu mühərriklər başlıca olaraq “Peugeot” “Citroen” “Opel avtomobillərinə quraşdırılır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr