Rusiya Prezidenti Vladimir Putin ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı keçirilib.
NOCOMMENT.az xəbər verir ki, Kremldən verilən məlumata görə, söhbət zamanı tərəflər Balkan regionunda baş verən prosesləri, həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Danışıqlarda neft-qaz və nüvə enerjisi sahəsində birgə fəaliyyət perspektivlərinə də toxunulub.
Bununla yanaşı, liderlər Ukraynadakı müharibə ilə bağlı vəziyyət və Yaxın Şərqdə artan gərginlik ətrafında da fikir mübadiləsi aparıblar.
Turan
NOCOMMENT.az