AZ

Baltikyanı ölkələr NATO dan kömək istəyirlər

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Litva, Latviya və Estoniyanın müdafiə nazirləri martın 28-də birgə bəyanat yayaraq, NATO-nun şərq cinahındakı hava hücumundan müdafiə sistemlərinin təcili olaraq gücləndirilməsini tələb ediblər.

"Cebheinfo.az" xəbər verir ki, səbəb olaraq son bir həftə ərzində Ukraynaya məxsus bir neçə pilotsuz uçuş aparatının (PUA) Baltikyanı ölkələrin ərazisinə düşməsi olduğu bildirilib. 

İlk hadisə martın 23-də Litvada baş verib. Belarus üzərindən daxil olan bir PUA sərhədin 20 kilometr dərinliyində partlayıb.

İki gün sonra Latviyanın Kraslava bölgəsindəki kəndlərdən birində PUA qalıqları aşkar edilib. Ən səs-küylü hadisə isə Rusiyanın Ust-Luqa limanından 50 kilometrdən az məsafədə yerləşən Estoniyanın Auvere istilik elektrik stansiyasının bacasına çırpılan PUA olub, baca zədələnsə də, stansiya fəaliyyətini davam etdirib.

Estoniya milli həyəcan vəziyyəti elan edib. Həftə sonu Finlandiyaya da iki PUA-nın düşdüyü bildirilib, onlardan birinin Ukrayna istehsalı olduğu müəyyənləşdirilib.

Hər üç ölkənin müdafiə nazirləri NATO-nun Baltik bölgəsindəki hərbi hava qüvvələrinin və hava hücumundan müdafiə sistemlərinin varlığının qorunub saxlanılması və gücləndirilməsi, PUA-ların aşkar edilməsi və qarşısının alınması imkanlarının təcili artırılması, həmçinin Aİ-nin şərq sərhəd təhlükəsizliyi büdcəsinin genişləndirilməsi çağırışını ediblər.

Qeyd edək ki, heç bir ölkə NATO-nun 4-cü və ya 5-ci maddələrini işə salmaq variantını gündəmə gətirməyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
6
cebheinfo.az

10Mənbələr