ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkoya siyasi məhbusları əfv etdiyinə görə təşəkkür edib və onun Sülh Şurasının növbəti iclasında iştirakını səbirsizliklə gözlədiyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında qeyd edib.
ABŞ Prezidenti yazıb: "Ötən həftə Belarus üzrə xüsusi elçim Con Koul Prezident Aleksandr Lukaşenko ilə danışıqlardan sonra əlavə 250 siyasi məhbusun azadlığa buraxılmasını təmin etdi. Bu, Prezident Lukaşenko tərəfindən ötən may ayından bəri səxavətlə azad edilən məhbusların ümumi sayını 500-dən çoxa çatdırır".
O, Lukaşenkoya təşəkkürünü bildirərək əlavə edib: “Sülh Şurasının növbəti iclasında onunla görüşməyi səbirsizliklə gözləyirəm”.
Aminə ŞAHSUVARQIZI