"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika millisinin düşərgəsini niyə tərk etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Canluka Di Martsionun saytı belə çatdırıb:
"Bu mövsüm mənim üçün ağır alındı. Zədələrin və atamın ölümündən qaynaqlanan psixoloji sarsıntının öhdəsindən gəlməli oldum. Bilirəm, son günlər mənimlə bağlı çox söz-söhbətlər dolaşır. Vəziyyətə aydınlıq gətirməliyəm.
Həqiqət budur ki, son həftələrdə özümü fiziki planda yaxşı hiss etmirdim. Belçikadakı müayinə zamanı omba əzələmə maye yığıldığı aşkarlandı. Bu, noyabrda yaşıl meydanlara qayıdandan bəri üzləşdiyim ikinci problemdir.
100 faiz hazır olduğumu öyrənməliyəm. Millidə oynamaqdan və onun qələbələrində pay sahibi olmaqdan daha çox istədiyim nəsə yoxdur. Amma söylədiyim kimi, tam hazır olmaq da şərtdir. Son vaxtlar formada deyiləm. Fayda verəcəyimə inandığım anda "Napoli"nin və millinin hədəfləri uğrunda mübarizəyə başlayacağam. İstədiyim yalnız budur".
Toğrul