AZ

Belçika Hörmüz boğazında mina təmizləmə əməliyyatına qoşula bilər

Yazını böyüt
Yazını kiçilt

Belçika Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının bərpasına yönəlmiş beynəlxalq təşəbbüsdə iştirak etməyə hazır olduğunu bildirib.

Hafta.az xəbər verir ki, ölkə mina təmizləmə və təhlükəsizlik tədbirlərinə yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra qoşulacaq.

Rəsmi mənbələr bildirir ki, Belçikanın iştirakı ilk növbədə bölgədə davamlı atəşkəsin əldə olunmasından və əməliyyatın aydın beynəlxalq mandat çərçivəsində həyata keçirilməsindən asılıdır.

Hazırda Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır. İranla bağlı qarşıdurma fonunda regionda gəmiçilik ciddi şəkildə məhdudlaşıb və bu, qlobal enerji təchizatına təsir göstərir.

Bundan əvvəl Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və digər ölkələr də təhlükəsiz keçidin təmin olunması üçün oxşar təşəbbüslərə hazır olduqlarını açıqlayıblar.

Belçika hökuməti vurğulayır ki, mümkün iştirak hərbi əməliyyat kimi deyil, daha çox beynəlxalq təhlükəsizlik və logistika çərçivəsində qiymətləndiriləcək.

Qərarın yekun variantı yaxın günlərdə hökumətin əsas kabineti tərəfindən qəbul olunacaq.

Seçilən
22
3
hafta.az

4Mənbələr