GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya neftinin Kubaya göndərilməsi ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.
“Ən sərt blokada şəraitində kubalı dostlarımıza neft lazımdır. Bu, həyat təminatı sistemləri, enerji istehsalı, əhaliyə səhiyyə və digər xidmətlərin göstərilməsi üçün vacibdir. Rusiya dostlarına kömək etməyi öz vəzifəsi hesab edir. ABŞ tərəfinə gəldikdə isə, bu mövzu amerikalı həmkarlarımızla təmaslar zamanı qaldırılıb”, – deyə Peskov bildirib.
Qeyd edək ki, martın 30-u səhər saatlarında 100.000 ton humanitar neft daşıyan Rusiya tankeri “Anatoli Kolodkin” Kubaya çatıb.
Kuba 9 yanvardan bəri heç bir neft tədarükü almayıb və bu da ciddi yanacaq çatışmazlığına səbəb olub.
Meksika sonuncu tədarükü həyata keçirib, lakin sonradan Vaşinqtonun təzyiqi səbəbindən tədarük dayandırılıb.
20 martda ABŞ Maliyyə Nazirliyi Kubanı Rusiya neft və neft məhsullarının satışı, daşınması və ya endirilməsi qadağan olunmuş ölkələrin siyahısına əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.