AZ

Britaniyanın Rusiyadakı səfirinə etiraz notası verilib

Rusiya Moskvadakı Britaniya səfirliyinin işçisinin qanunsuz fəaliyyətinə görə Britaniyaya etiraz notası verib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayımlanıb.

Qeyd olunur ki, Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili D. Dolakiya, səfirliyin diplomatik işçilərindən birinin ölkəyə daxil olmaq üçün qəsdən yalan məlumat verdiyi aşkar edildikdən sonra Rusiya XİN-ə çağırılıb və sərt etirazını bildirib.

Nazirlik vurğulayıb ki, Rusiya Britaniya kəşfiyyatının gizli fəaliyyətinə dözməyəcək və məsələyə milli təhlükəsizlik narahatlıqlarına uyğun sərt mövqe ilə yanaşacaq. Qeyd edək ki, daha əvvəl FTX əməkdaşları səfirlikdə Britaniya casusunu aşkar ediblər.

Onların sözlərinə görə, səfirliyin ikinci katibi Albertus Gerhardus Yanse van Rensburq təxribatçı kəşfiyyat fəaliyyəti aparır və Rusiyaya giriş üçün qəsdən yalan məlumat verib.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr