AZ

Səadət Yusifova Rasim Balayev itkisindən DANIŞDI

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti və milli kinomuz üçün ağır itkidir.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib.

Onun sözlərinə görə, R.Balayevin vəfatı Azərbaycan xalqını sarsıdıb:

"O ömrünün sonuna qədər Azərbaycan xalqına və mədəniyyətinə, kinosuna xidmət edib. Rasim Balayevin sənət yolu gənclər üçün məktəbdir. Sənətkarın çoxillik fəaliyyəti hər zaman dövlətimizin də diqqətində olub, qiymətləndirilib".

S. Yusifova mədəniyyət naziri Adil Kərimlinin də başsağlığını Balayevlər ailəsinə çatdırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
3
cebheinfo.az

5Mənbələr