İsrail Müdafiə Nazirliyi 10 minlərlə döyüş sursatının tədarükü üçün “Elbit Systems” ilə təxminən 48 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Müqavilə çərçivəsində İsrail Müdafiə Qüvvələrinin əməliyyat dayanıqlığını gücləndirmək və dəyişən hərbi vəziyyətə hazırlığını artırmaq üçün “Elbit Systems” tərəfindən 155 mm-lik sursatlar tədarük ediləcək.