AZ

"Çox evlənəndə belə olur"

Türkiyəli müğənni Seda Sayan səhnədə verdiyi cavabla yenidən gündəmə gəlib. Müğənni builki konsertlərindən birində həyat yoldaşı Çağlar Öktenlə maraqlı dialoq yaşayıb.

Bizim.Media xəbər verir ki, səhnəyə çıxan qadınlardan birinin yaxınlarda ailə quracağını eşidən Seda Sayan ondan toy tarixini soruşub.

Həyat yoldaşı isə söhbətə müdaxilə edərək müğənninin öz toy gününü unudub-unutmadığını yoxlamaq istəyib.

Onun dediyi tarixin məhz onların öz toy günləri olduğunu anlayan Sedanın reaksiyası izləyiciləri güldürüb. Keçmiş evliliklərinə eyham vuran sənətçi toy tarixini xatırlamaqda çətinlik çəkməsini zarafatla “Çox evlənəndə belə olur” sözləri ilə izah edib. (Demokrat.az)

Bizim.Media

Seçilən
0
5
bizim.media

6Mənbələr