AZ

DİM apreldə bir sıra imtahanlar keçirəcək - SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-ci il aprel ayında bir sıra imtahanlar keçircək. 

AzEdu.az DİM-in apreldə keçirəcəyi imtahanların siyahısını təqdim edir:

5 aprel

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - I zona
(Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran)

- BB vəzifə altqrupu üzrə test imtahanı

- DSX məktəbinə qəbul imtahanı (V sinif)

6 aprel

- Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı imtahanı

7 aprel

- Taksi sürücülərinin imtahanı

12 aprel

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - II zona
(Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə), tədrisi ingilis dilində olan məktəblər)

13 aprel

- VIII və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi testi”

19 aprel

- Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı

- Naxçıvan Muxtar Respublikasında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

- Əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı

- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil və əlavə tədris dili imtahanları (həm 9 illik, həm 11 illik)

- Əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı

- Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ)

26 aprel

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - III zona
(Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Nəsimi, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə, Laçın, Bakı şəhəri üzrə xüsusi məktəblər, gürcü bölməsi üzrə təhsil alan şagirdlərin məktəbləri)

- Taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları operatorlarının məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı

Seçilən
37
azedu.az

1Mənbələr