AZ

Tramp İranın neft mərkəzinə göz dikib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın neftini "almaq" istəyini dilə gətirərək, ölkənin əsas ixrac mərkəzi olan Xark adasının ələ keçirilməsinin variantlar arasında olduğunu qeyd edib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp "Financial Times" (FT) qəzetinə verdiyi müsahibədə seçiminin "İranın neftini almaq olacağını" söyləyərək, ehtimal olunan addımı Venesuela nümunəsi ilə müqayisə edib:

"Düzünü desəm, ən çox istədiyim şey İrandakı neftini almaqdır, lakin ABŞ-də bəzi axmaq insanlar “bunu niyə edirsən?” deyirlər. Amma onlar axmaq insanlardır".

ABŞ-nin bölgədəki hərbi varlığını artırdığı bir dövrdə Tramp:

"Bəlkə Xark adasını alarıq, bəlkə də almarıq. Çox sayda seçimimiz var. Həmçinin bu, bir müddət orada qalmalı olduğumuz mənasına gəlir" deyib.

Tramp adadakı İran müdafiəsinin vəziyyəti barədə verilən suala isə: "Hər hansı bir müdafiələrinin olduğunu düşünmürəm. Çox asanlıqla ala bilərik", - çavabını verib.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr