AZ

“Babək filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam

ain.az bildirir, Bizim media portalına istinadən.

"Tarixi gözümüzün önündə canlandıran bir aktyor idi. Bundan sonra Rasim Balayev hər birimizin evinə öz filmləri və obrazları ilə gələcək. Böyük aktyorlar ölmürlər. Bu bizə təskinlik verir".Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında aktyor Məhəmməd Vəliyev bildirib.M. Vəliyev "Babək" filmində canlandırdığı “Buğday” obrazından danışıb.O bildirib ki 3-cü kurs tələbəsi üçün çox çətin və məsuliyyətli iş idi:"Bir tərəfdə Amaliya Pənahova, bir tərəfdə Rasim Balayev kimi nəhəng aktyor... Özümü itirirdim. Hər dəfə mənim əlimdən tutub ürək-dirək verirdi. Ona çox şey borcluyam. 1983-cu ildə toyuma çağırmadığım halda qəfil içəri girdi, təbrik etdi".Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
bizim.media

2Mənbələr