AZ

Tramp konkret hədəf göstərdi İran üçün məşhur ssenari işə salınır?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ABŞ İranın neftinin əhəmiyyətli hissəsinin ixrac olunduğu Xarq adası üzərində nəzarəti ələ keçirməyə cəhd göstərə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bəlkə biz Xarq adasını götürəcəyik, bəlkə də yox. Bizim çoxlu variantlarımız var,” — deyə Ağ Ev rəhbəri bildirib.

Trampın sözlərinə görə, Xarqın ələ keçirilməsi amerikalı hərbçilərin müəyyən müddət ərzində adada qalmasını tələb edəcək.

O, həmçinin İranın neftinə nəzarət etmək niyyətində olduğunu və bunun Venesuela ssenarisinə bənzər şəkildə baş verə biləcəyini deyib.

“Xarq adasında ciddi müdafiə yoxdur. Biz onu (adanı — red.) çox asanlıqla ələ keçirə bilərik”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, “Venesuela ssenarisi” adətən ABŞ-ın sanksiyalar, təzyiq və nəzarət vasitəsilə neft sektoruna təsir göstərməsi kimi izah olunur.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
228
50
globalinfo.az

10Mənbələr