AZ

Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları dayandırmağa çağırdı

BAKI, 30 mart. TELEQRAF

Çin ABŞ-ni Kubaya tətbiq edilən sanksiya təzyiqlərini dayandırmağa çağırır və bu ada dövlətinə öz üsulları ilə dəstək verməkdə davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.

"Çin tərəfi ABŞ-ni Kubaya qarşı blokada və sanksiyaların bütün formalarını dərhal ləğv etməyə çağırır. Pekin Havanaya öz imkanları daxilində dəstək verməyi davam etdirəcək",- diplomat vurğulayıb.

Mao Nin əlavə edib ki, Çin bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarıdır, Kubanın suverenliyinin qorunmasını qətiyyətlə dəstəkləyir və istənilən bəhanə ilə xarici müdaxilənin əleyhinədir.

Seçilən
23
teleqraf.com

1Mənbələr