AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı, 34 nəfər saxlanıldı

Martın 29-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Seçilən
13
43
ekologiya.az

10Mənbələr