ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanda ölü hesab edilən qadın dəfn hazırlıqları görüldüyü vaxt "dirilib". Hadisə Uttar Pradeş eyaletində baş verib.Demokrat.az xəbər verir ki, ev işləri görərkən qəfildən huşunu itirən 50 yaşlı Vinita Şukla xəstəxanaya çatdırılıb. Həkimlər müayinədən sonra onun beyin ölümünün gərçəkləşdiyini və yaşamaq şansının olmadığını bildiriblər. Acı xəbəri alan ailə üzvləri qadını evə apararaq dəfn hazırlıqlarına başlayıblar.Yolda baş verən gözlənilməz hadisə isə hər şeyi dəyişib. Evə doğru hərəkət edən təcili yardım maşını magistral yoldakı dərin çuxura düşüb. Güclü sarsıntı nəticəsində qadın qəfildən nəfəs almağa başlayıb. Bu mənzərəni görən yaxınları dərhal maşını geri, xəstəxanaya yönləndiriblər.Xəstəxanada təkrar müayinə olunan qadın qısa müddətdən sonra gözlərini açıb və danışmağa başlayıb. Cəmi bir neçə gün əvvəl ölü sayılan Vinita artıq tam sağalaraq evinə qayıdıb. Tibb dünyasını heyrətə gətirən bu hadisə sosial şəbəkələrdə möcüzə kimi qarşılanıb.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.