AZ

Azərbaycan - Syerra-Leone matçının hakimləri məlum olub

Bu gün “FIFA Series - 2026” beynəlxalq turnirində keçiriləcək Azərbaycan - Syerra Leone oyununu Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

İdman.Biz xəbər verir ki, matçın baş hakimi Asker Najafaliyev olacaq.

Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Qeyd edək ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

İdman.Biz
Seçilən
21
21
idman.biz

10Mənbələr