AZ

Qanunsuz silah-sursat aşkarlandı

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 3 tapança, 3 qumbara, 2 alışdırıcı, 11 tüfəng, 42 patron darağı və 1594 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
16
43
metbuat.az

10Mənbələr