AZ

“Qarabağ” - “Sabah” biletlərinin satış tarixi açıqlanıb

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılır. Metbuat.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Azarkeşlər biletləri iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.Oyun aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" xanım azarkeşlər üçün giriş ödənişsiz olacaq.

Seçilən
4
metbuat.az

1Mənbələr