AZ

Çoxuşaqlı məmurlar kimlərdir? -

Son illər Azərbaycanda çoxuşaqlı ailələrin sayı xeyli azalıb. Əvvəlki dövrdən fərqli olaraq, indi 3-4 övladı olan valideynlər çoxuşaqlı ata-ana sayılır.Hökumət üzvləri və digər yüksək rütbəli məmurlar arasında da bu statusa malik olan bir neçə tanınmış şəxs var. Metbuat.az çoxuşaqlı məmular haqda məlumatı təqdim edir:Çoxuşaqlı məmurların siyahısına Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov başçılıq edir. 17 May 2019-cu ildən bəri Sabirabada rəhbərlik edən Siraqəddin müəllim 5 övlad atasıdır. Fotoda: Siraqəddin CabbarovƏdliyyə naziri Fərid Əhmədov da çoxuşaqlı valideyn sayılır. Onun 4 ovladı var. Fərid Əhmədov Prezident İlham Əliyevin 27 fevral 2024-cü il tarixli Sərəncamı ilə ədliyyə naziri təyin olunub. Fotoda: Fərid ƏhmədovAzərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyev də çoxuşaqlı atadır. Onun 4 övladı var.Fotoda: Mədət QuliyevRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 3 ovladı var. 49 yaşlı Nəbiyev 2021-ci ildən nazir vəzifəsində çalışır.Fotoda: Rəşad Nəbiyev
Mədəniyyət naziri Adil Kərimli də 3 uşaq atasıdır. O, 22 dekabr 2022-ci ildən Mədəniyyət naziri işləyir.Fotoda: Adil Kərimli
Gənclər və idman naziri Fərid Qayıbov da 3 övlad atasıdır. Onun iki oğlu, bir qızı var. Qayıbov 5 ildir nazir işləyir.Fotoda: Fərid Qayıbov
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun da iki oğlu, bir qızı var.Fotoda: Ramil Usubov
Baş nazirin müavini Şahin Mustafayev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov da 3 övlad atasıdır.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
24
2
metbuat.az

8Mənbələr