Azərbaycanda iki gün ərzində müşahidə olunan rekord yağıntılar ciddi fəsadlar törətməyə davam edir.
Paytaxt və ətraf ərazilərlə yanaşı, Sumqayıt şəhərində də infrastruktur ciddi zərər görüb. Şəhərin 6-cı mikrorayon ərazisində, yaşayış binalarının yaxınlığında asfalt örtüyü qəfil çökərək dərin quyu yaradıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb və ərazidəki avtomobillərə ziyan dəyməyib. Hadisə yerində olan avtomobil sahibi isə yaranmış təhlükəli vəziyyətə baxmayaraq, maşınının quyuya düşməməsini zarafatla “halal pulla alınan maşın” deyə şərh edib.
Hazırda ərazidə yaranmış çökmənin aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlərin aparılması gözlənilir.