AZ

ABŞ ordusu müharibə iqtisadiyyatı na hazır deyil

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ucuz İran "Şahid"ləri müasir hava hücumundan müdafiə sistemlərini effektiv şəkildə iflic edib.

Axar.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" məlumat yayıb.

Məlumata görə, ABŞ ordusunun 20 min dollarlıq PUA-ya görə 4 milyon dollarlıq raketin başa gəldiyi “müharibə iqtisadiyyatı”na hazır olmadığı ortaya çıxıb:

"Hətta ən güclü sistemlər, məsələn, "Patriot" belə yalnız 16 raketdən ibarət məhdud sursat ehtiyatına malikdir, bu da ucuz "sürü"nün bir dalğası ilə tükənə bilər".

Qeyd olunub ki, milyonlarla dollara başa gələn "RAC-3" raketlərindən "Şahid”lərə qarşı istifadə etmək iqtisadi cəhətdən məntiqsizdir:

"Bu, Vaşinqtonu məhdud hava hücumundan müdafiə vasitələrini regionlar arasında yenidən yerləşdirməyə vadar edir və digər əraziləri, xüsusən də Avropanı sözügedən sistemdən məhrum edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
axar.az

2Mənbələr