AZ

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində II oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

Seçilən
12
12
missiya.az

10Mənbələr