AZ

Ayxan Abbasov Litvanın oyunlarına "casus" göndərib? - AÇIQLAMA

UEFA Millətlər Liqasında yığmamızın rəqibi olan Litva ötən həftə iki oyun keçirib. Baltikyanı ölkə təmsilçisi həftəiçi səfərdə Moldova ilə qarşılaşaraq 2:0 hesabı ilə qalib gəlmişdisə, ötən gün Gürcüstan millisi ilə ev oyununda eyni hesabla uduzub. Maraqlıdır, Azərbaycan millisinin məşqçiləri Millətlər Liqasındakı rəqiblərimizdən olan Litvanın oyunlarını izləyiblərmi?

Məsələyə aydınlıq gətirmək üçün seçmənin baş məşqçisi Ayxan Abbasovla əlaqə saxladıq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Özümüz də turnirdə iştirak edirik, diqqətimizi bu görüşlərə yönəltmişik. Əlbəttə, Litvanı, o cümlədən Lixtenşteyni diqqətdə saxlayırıq, təhlil edirik. Ancaq köməkçilərimdən heç kimi Moldovaya və Litvaya göndərmədim. Növbəti toplanışda isə belə planımız var".

Xatırladaq ki, milli komandamız Millətlər Liqasında Litva ilə sentyabrın 27-də səfərdə, oktyabrın 4-də isə öz meydanında qarşılaşacaq. 

Mirağa

Seçilən
18
fanat.az

1Mənbələr