AZ

Qəbələdə ev YANDI FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qəbələdə evdə yanğın baş verib. Gecə saatlarında rayonun Soltannuxa kəndində yaşayış olmayan evdə baş verən yanğın nəticəsində mənzil tamamilə yanıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi Soltannuxa kənd sakini Cəfər Xəlilova məxsus evdə baş verib.İlkin məlumata görə, hadisə zamanı evdə heç kim olmayıb, evə ciddi ziyan dəyib.

 

Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
bizim.media

3Mənbələr