Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində minik maşını ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-ci il təvəllüdlü F.Huseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.