AZ

Qazaxıstanda 300 kq marixuana müsadirə edilib

Astana, 30 mart, AZƏRTAC

Qazaxıstanın Ulytau vilayətində ölkənin cənub regionlarından narkotik maddələrin iri təchizat kanalının qarşısı alınıb.

AZƏRTAC-ın POLISIA.KZ-ə istinadən verdiyi xəbərə görə, Jezkazgan - Karagandı avtomobil yolunda narkotiklərin daşınmasına cəlb edilən beş nəfər saxlanılıb. Onlar narkotiklərin daşınmasının müşayiətini və koordinasiya funksiyalarını həyata keçiriblər.

Nəqliyyat vasitəsində axtarış zamanı ümumi çəkisi 300 kq-dan artıq olan 13 paket marixuana aşkar edilərək götürülüb. İlkin qiymətləndirməyə görə, müsadirə edilən həcm bir milyona qədər birdəfəlik dozaya bərabərdir, qara bazardakı dəyəri isə 3 milyon ABŞ dollarına çata bilər.

Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

 

Seçilən
25
4
azertag.az

6Mənbələr