AZ

İranda rejim dəyişib, Xameneinin oğlu isə - Tramp

İran Amerika sülh planının əksər hissəsi ilə razılaşıb, lakin ABŞ Tehrana əlavə tələblər qoymaq istəyir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Floridadan Vaşinqtona dönərkən təyyarəsində jurnalistlərə deyib: "Onlar bizim əksər bəndlərimizlə razılaşıblar... Onlar planla bağlı bizimlə razılaşırlar. Biz 15 bənd istədik və onlar əsasən qəbul edilib və biz daha bir neçə şey istəyəcəyik".

Tramp hesab edir ki, İranda rejim dəyişikliyi artıq baş verib: “Gördüyünüz kimi, rejim dəyişikliyi artıq baş verib, çünki bir rejim məhv edilib, hamısı ölüb. Növbəti rejim əsasən ölüb və üçüncü rejimlə biz əvvəllər heç kimin qarşılaşmadığı fərqli insanlarla məşğul oluruq. Bu, tamamilə fərqli bir qrup insandır. Buna görə də inanıram ki, rejim dəyişib və açığı, onlar çox ağıllıdılar”.

Bundan əlavə, o, İranın yeni Ali Lideri Müctəba Xameneinin ya öldüyünü, ya da ağır yaralandığını ehtimal edir: “Onun (Ayətullah Əli Xameneinin - red.) oğlu ya ölmüş, ya da ağır vəziyyətdədir. Onun haqqında heç nə eşitməmişik”.

Musavat.com

Seçilən
25
2
musavat.com

3Mənbələr