AZ

Tramp: ABŞ və İran arasında birbaşa və vasitəçi danışıqlar aparılır

BAKI, 30 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranla həm birbaşa, həm də vasitəçilər üzərindən əlaqə saxlayır və danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri öz təyyarəsində, Florida ştatının Uest-Palm-Biç yaxınlığındakı Mar-a-Laqo iqamətgahından Vaşinqtona dönərkən jurnalistlərə açıqlama verib.

Tramp əlavə edib ki, danışıqlarda emissarlar da iştirak edir, lakin onların detalları açıqlanmayıb. ABŞ prezidenti həmçinin bildirib ki, birbaşa danışıqlar da aparılır və proses çox yaxşı gedir.

Seçilən
32
teleqraf.com

1Mənbələr