AZ

Əraqçi İrəvana təşəkkür etdi: erməni dilində

İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesablarında erməni dilində paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda nazir İran xalqına göstərilən dəstəyə görə Ermənistan hökumətinə və xalqına təşəkkür edib.

O bildirib ki, Ermənistan tərəfinin iranlıların evakuasiyası və humanitar yardım göstərilməsi istiqamətində atdığı addımlar hər cür tərifə layiqdir.

Əraqçinin sözlərinə görə, iki ölkə arasında mövcud olan çoxəsrlik əlaqələr bu çətin dövrdə bir daha öz möhkəmliyini nümayiş etdirib.

Seçilən
35
publika.az

1Mənbələr